Türkiyəli futbolçu Azərbaycan millisindən imtina etdi

Qadınlardan ibarət “Fənərbaxça” klubunun futbolçusu Göknur Güleryüz hansı millidə çıxış edəcəyinə qərar verib. Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qapıçı ölkəsinin yığmasından və Azərbaycan millisindən dəvət alıb.
 
Ancaq 20 yaşlı qolkiper Türkiyə formasını geyinməyi üstün tutub. Bu barədə İstanbul klubu məlumat yayıb. Bildirilib ki, ötən mövsümdən “Fənərbaxça”nın şərəfini qoruyan Göknur AFFA-dan da dəvət almışdı. 
 
Qeyd edək ki, Göknur Güleryüz “Fənərbaxça”ya ötən ilin yayında “Trabzonspor”dan keçib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right