18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında keçirdiyi üçüncü oyununda da məğlub olub.
Newsport.az-ın məlumatına görə, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv bu dəfə Estoniyaya müqavimət göstərə bilməyib.
Əvvəlki iki turda Latviya və Ukraynaya 0:3 hesabı ilə uduzan millimiz estonlara da eyni hesabla yenilib - 0:3 (17:25, 9:25, 16:25).
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.