UEFA azərbaycanlı FİFA referisi ELçin Məsiyevə daha bir təyinat verib.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının A qrupunda keçiriləcək “Bavariya” (Almaniya) - "Kopenhagen” (Danimarka) oyununun baş hakimi olacaq.
Məsiyevə yan xətdə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Michael Bacher (Almaniya) yerinə yetirəcək/
Qeyd edək ki, oyun noyabrın 29-da Münhendə keçiriləcək.