“Zirə”nin futbolçusu İssa Cibrielanın çıxış etdiyi Niger millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
Newsport.az xəbər verir ki, onun komandası Zambiyanı 2:1 hesabı ilə məğlub edib.
Cibriella da bu oyunun iştirakçısı olub. Start heyətdə medyana çıxan futbolçu 74 dəqiqədə əvəzlənib. O, qol ötürməsi də edib. .