Millimizin yeni baş məşqçisi nə vaxt müəyyənləşəcək?

AFFA Canni De Byazini gedişindən sonra boş qalan Azərbaycan millisinin baş məşqçi vəzifəsi ilə bağlı İşçi Qrupu yaradacaq.

Newsport.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün brifinq keçirən S.Hacıyev qeyd edib ki, yeni yaradılacaq İşçi Qrupu millinin baş məşqçi vəzifəsinə namizədləri nəzərdən keçirəcək: “İşçi Qrupunun üzvləri ilə bağlı hazırda heç bir məlumat yoxdur. Üzvlər tezliklə müəyyənləşəcək”.

S.Hacıyev millinin yeni baş məşqçisinin adının yanvara kimi müəyyənləşməli olduğunu bildirib: “Martda millinin oyunları başlayır. Ona görə də matçlara 2 ay qalmış – yanvarda baş məsələsi həll edilməlidir. İki ay ərzində də yeni baş məşqçi komandanı martdakı görüşlərə hazırlaşdırmalıdır”.

Yeni baş məşqçinin yerli mütəxəssis olma ehtimalı haqda sualı S.Hacıyev belə cavablandırıb: “Bu ehtimal az deyil. Lakin indidən dəqiq fikir bildirmək çətindir. Bununla belə düşünürəm ki, yeni baş məşqçi ad olaraq tanınmış deyil, mental baxımdan bizə yaxın şəxs olmalıdır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right