De Byazi öz xahişi ilə getdi

Canni de Byazi müqaviləsinin uzadılmamasını özü xahiş edib. Bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev məlumat verib.

Newsport.az xəbər verir ki, qurum rəsmisi İcraiyyə Komitəsinin iclasında italiyalının 3 il ərzində gördüyü işlərin müzakirə olunduğunu və qərarın verildiyini bildirib: “İK üzvləri tərəfindən belə qənaətə gəlindi ki, müqavilə müddəti uzadılmasın. Bu o deməkdir ki, artıq De Byazi milli komandanın baş məşqçisi deyil”.

Hacıyev italiyalının özü müraciət etmədiyi halda taleyinin İK üzvləri tərəfindən həll olunacağını söyləyib: “Məşqçinin qalmaq istəməməsi bir yana, İK üzvləri də belə qərara gəldi ki, müqavilənin müddətinin uzadılmaması ən düzgün qərardır”.

Milli komandanın yeni məşqçisinin seçilməsi üçün xüsusi işçi qrup yaradılacaq: “Orada İK üzvləri və kənar mütəxəssislər olacaq. Baş məşqçi postuna namizədlər müəyyənləşdiriləcək, analizlər aparılacaq, bütün nüanslar nəzərə alınacaq. Ondan sonra qərarı İcraiyyə Komitəsi verəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right