Azərbaycanın U-19 millisi Lüksemburqa uduzub qrup sonuncusu oldu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda 11-ci qrupdakı sonuncu matçında səfərdə Lüksemburqla qarşılaşıb. Görüş Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində 84-cü dəqiqədə Şahin Şahniyarov fərqlənib. 

Beləliklə, 3 oyundan sonra cəmi 1 xal toplayan Azərbaycan millisi elit-raunda vəsiqə qazana bilməyib.

Qeyd edək ki, U-19 millimiz bundan əvvəl Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçə edib, Niderlanda 1:2 hesabı ilə uduzub.

Avro, seçmə mərhələ

21:00. Lüksemburq - Azərbaycan - 2:1

21:00. Bosniya və Herseqovina - Niderland - 0:3

Xal durumu: Niderland - 9, Bosniya və Herseqovina - 4, Lüksemburq - 3,  Azərbaycan - 1





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right