Millimizin oyunlarının yeri və vaxtı açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Millətlər Liqasında çıxış edəcək. Newsport.az xəbər verir ki, yığmamızın Kipr və Farer adaları ilə oyunların yeri və başlama vaxtı müəyyənləşib.
 
Qarşılaşmalar müvafiq olaraq dekabrın 1-də və 5-də olacaq. İlk matç Kiprə qarşı olacaq. Limassoldakı “Limassol” stadionunda olacaq həmin oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 
Farer adaları ilə qarşılaşma isə “Dalğa Arena”da təşkil ediləcək və saat 19:00-da start götürəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right