I Liqa klubundan PFL-ə müraciət

I Liqada çıxış edən “Difai Ağsu” Peşəkar Futbol Liqasına (PFL) müraciət ünvanlayıb. Newsport.az xəbər verir ki, Ağsu təmsilçisi Ağsu şəhər stadionunda aparılan təmir işləri ilə əlaqədar ev oyunlarını Şamaxıda keçirmək istəyini bildirib.
 
Komanda rəhbərliyi bununla bağlı təşkilatçı qurumdan icazə istəyib. PFL-in cavabı da müsbət olub.
 
Ağsu stadionunda təmir işləri yekunlaşana qədər “Difai Ağsu”nun ev oyunlarını Şamaxıda keçirməsi barədə qərar verilib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right