Bu gün Avropa çempionatının seçmə mərhələsi çərşivəsində Ukrayna yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millli komandasının heyətinə daha üç futbolçu cəlb olunub.
Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Almaniyanın “Koblenz” komandasının üzvü Nihat Fərəcli, “Qəbələ” klubunun futbolçusu Emil Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə millinin İspaniyadakı düşərgəsinə qoşulub.
Qeyd edək ki, İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.