Mutudan Mirzovla bağlı açıqlama

"Neftçi"nin baş məşqçisi Adrian Mutu rusiyalı futbolçuları Reziuan Mirzov barədə fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, rumıniyalı mütəxəssis 30 yaşlı futbolçunun durumu ilə bağlı Rusiyanın "Sport-ekspress" qəzetinin sualını cavablandırıb.

"Zenit"ə qarşı matçda ölkə çempionatındakı görüşlərdən daha yaxşı oynadıq. Mirzovun forma yığması sevindirici haldır. O, qollar vurur. Bizim üçün təkcə Mirzovun deyil, digər oyunçularımızın da qol vurması vacibdir. Ümid edirəm ki, Premyer Liqada daha yaxşı olacaq" - deyə Mutu bildirib.

Xatırladaq ki, noyabrın 18-də Bakıda "Neftçi" ilə "Zenit" (Sankt-Peterburq) arasında yoxlama matçı keçirib. Bakı təmsilçinin 2:1 hesabı ilə qalib gəldiyi matçda Mirzov dubl edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right