"Sabah"ın futbolçusu Lüksemburqun qələbəsində pay sahibi oldu

Lüksemburq millisi AVRO-2024-ün seçmə mərhələsində J qrupunda son oyununu keçirib.

Newsport.az xəbər verir ki, adıçəkilən komanda Lixtenşteynə səfərdə 1:0 qalib gəlib. Qonaqların start heyətində “Sabah”ın yarımmüdafiəçisi Vinsent Till də yer alıb.

O, 75-ci dəqiqədə əvəzlənib. Lüksemburq millisi 5-ci dəqiqədən azlıqda qalmasına görə 10 nəfərlə oynayıb.

10 turun yekunlarına görə, Lüksemburq 17 xal toplayaraq qrupda 3-cü yeri tutaraq AVRO-nun final mərhələsinə vəsiqə qazana bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right