AFFA-nın baş katibi Sərxan Hacıyev Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin idman jurnalistlərinə qarşı sərt ifadələr işlətməsi barədə danışıb.
Newsport-ın məlumatına görə, De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçika ilə matçdan sonra idman jurnalistlərini tənqidi suallara görə axmaq adlandırıb, mətbuat konfransını yarımçıq tərk edib.
S.Hacıyev isə Canni De Byazinin bu hərəkətlərinə görə idman jurnalistlərindən üzr istəyib.
Qeyd edək ki, bir neçə saat əvvəl Azərbaycan millisi Belçikaya 0:5 hesabı ilə uduzub.