Azərbaycan Premyer Liqasının 6-cı turunda üz-üzə gələn "Qarabağ"la "Neftçi" meydandan sülhlə ayrıldı.
Newsport.az-ın məlumatına görə, "Azərsun Arena"da baş tutan görüş 1:1 hesabı ilə başa çatdı.
Qarşılaşmadan sonra açıqlama verən ağdamlıların kapitanı Rəşad Sadıqov bakılılarla oyunu şərh edib: "Çox gərgin qarşılaşma oldu. Fikrimcə, oyun hər iki komandanın azarkeşlərinin xoşuna gəldi. Biz "Neftçi"ni analiz etmişdik. Özünüz də gördünüz ki, rəqib bu gün çox pressinq edirdi, sonadək mübarizə apardı. Biz isə buraxılan qola qədər çox pis oynadıq. Yalnız ondan sonra qol vəziyyətləri yaratmağa başladıq. Düzünü deyim ki, "Anderlext"lə oyunu elə də düşünmürdük. Belçikalılarla görüşü sabahdan etibarən düşünməyə başlayacağıq. İki cəbhədə mübarizə aparmaq çətindir. Bu, çempionatdakı çıxışımıza təsirsiz ötüşmür".