U-21 yığmamızın oyununu Gürcüstandan olan hakim idarə edəcək

U-21 yığmamız AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti görüşünü Ukraynaya qarşı keçirəcək.

Newsport.az-ın məlumatına görə, noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan oyununun hakimləri açıqlanıb. 

22:00-da start veriləcək oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. 

Baş hakim: İrakli Kvirikashvili
Baş hakimin köməkçiləri: Giorgi Elikashvili, Davit Chigogidze
Dördüncü hakim: Giorgi Avazashvili 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right