Millimiz yenə Moldovaya şans vermədi

Moldovada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət milli komandamız ötən gün ikinci yoxlama oyununa çıxıb. 
Newsport.az-ın məlumatına görə, millimiz birinci qarşılaşmada olduğu kimi,  gücünü yenə Moldovadan olan həmyaşıdları ilə sınayıb. Milli komandamız bu dəfə də moldovalılara şans verməyib. Komandamız bu dəfə 2-0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Samir Əliyev və Oruc Bayramov fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında ilk yoxlama matçında millimiz 5-1 hesabı ilə qələbə qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right