U-19 millisi Niderlanda uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. 

Newsport.az-ın məlumatına görə, Lüksemburqda təşkil olunmuş qarşılaşmada Niderland yığması ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində 86-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib. 

U-19 seçmə mərhələdə son oyununu noyabrın 21-də, saat 21:00-da meydan sahibi Lüksemburq yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, U-19 ilk oyununda Bosniya və Herseqovina yığması ilə  heç-heçə edib – 0:0. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right