"Zirə" "Xəzər Lənkəran"a qalib gəldi YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

Newsport.az-ın məlumatına görə, son oyun günündə bir qarşılaşma baş tutacaq. 

Lənkəranda "Xəzər Lənkəran" Premyer Liqada məğlub olmayan "Zirə"ni qonaq edəcək. Əgər cənub təmsilçisi bu matçda qalib gəlsə 4-cü pillədə qərarlaşan "Neftçi"ylə xallarını bərabərləşdirəcək. "Zirə" qalib gələcəyi təqdirdə isə "Neftçi"ni geridə qoymuş olacaq.

Matç saat 21:00-da başlayacaq.

27 sentyabr

Azərbaycan Premyer Liqası, 6-cı tur

21:00. “Xəzər Lənkəran” – “Zirə” 0-1

Qol: Rəşad Abdullayev, 90+2-pen (0:1)

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov

“Xəzər Lənkəran” mərkəzi stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right