Bakı klubu U-21 yığmamızın hücumçusunu transfer etmək istəyir

21 yaşlılardan ibarət yığma komandamızın və “Şamaxı”nın forvardı Qurban Səfərov Premyer Liqa klublarının diqqət mərkəzinə düşə bilib.

Newsport.az-ın məlumatına görə, 19 yaşlı forvardı "Səbail" heyətinə qatmağı planlaşdırır.

Bayıl təmsilçisi mövsümün sonunda perspektivli futbolçunu transfer etmək istəyir.

Bu klubla yanaşı, "Qəbələ" də Səfərovun xidmətində maraqlıdır. Mövsümün sonunda Qurbanın bu iki komandadan birinə keçəcəyi, yoxsa "Şamaxı"nın heyətində qalacağı hələ ki, bilinmir.

Məsələ burasındadır ki, onun hazırkı komandası Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparır. Bölgə klubu yüksək liqaya vəsiqə qazanarsa, o, komandasında da qala bilər.

Sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right