Mutu: "Zenit"lə görüşün məqsədi "Araz-Naxçıvan"la oyuna hazırlaşmaqdır"

“Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyanın “Zenit” komandası ilə bu gün Bakıda keçiriləcək yoldaşlıq oyunu ilə bağlı gözləntilərini açıqlayıb.

Newsport.az xəbər verir ki, “Neftçi Tv”yə açıqlama verən rumıniyalı mütəxəssis matç haqda fikirlərini söyləyib:

“Hazırlıqlar yaxşı keçdi, bizi “Zenit”lə çətin oyun gözləyir. Çalışacağıq ki, az oynayan futbolçulara daha çox şans verək. “Zenit”lə oyunun əsas məqsədi Premyer Liqanın növbəti turunda “Araz-Naxçıvan”la oyuna yaxşı hazırlaşmaqdır. Bir neçə futbolçumuz millidədir, bəzi futbolçular zədəlidir. Bizim üçün çətin vəziyyətdir. Amma biz bunun öhdəsindən gəlməyə çalışacağıq və zədəlilərin sağalmasını gözləyəcəyik. “Araz – Naxçıvan”la görüşə tam heyətlə hazırlaşmaq istəyirik. 

Azərbaycan millisinin İsveçlə oyununa baxdım, çünki orada futbolçularım oynayır. Emin Mahmudov, Höccət Haqverdi və Eddi İsrafilovu izlədim.Ümumiyyətlə, hər şey yaxşı idi. Emin Mahmudovun qollarına sevindim. Ümid edirəm ki, o, “Neftçi”də qol vurmağa başlayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right