“Neftçi”nin futbolçusu: "Zenit" Çempionlar Liqası səviyyəsində olan komandadır"

"Neftçi"nin müdafiəçisi Azər Əliyev bu gün Bakıda "Zenit"ə qarşı keçiriləcək yoldaşlıq görüşü ilə bağlı gözləntilərini bölüşüb. 

Newsport.az xəbər verir ki, "Матч ТВ"yə danışan Əliyev bunları deyib:

"Zenit"lə oyundan gözləntilərim yaxşıdır. Güclü rəqibə qarşı oynamaq həmişə xoşdur. Onlar Çempionlar Liqası səviyyəsində olan komandadır. Mən hələ Rusiya Premyer Liqasında çıxış edəndə, onlara qarşı oynamaq maraqlı idi".

- "Neftçi"nin Sankt-Peterburq səfərindən sonra “Zenit”in indi Bakıya gəlməsini necə şərh edərdiz?

- Bu, hər iki komanda üçün yaxşıdır. “Zenit” üçün bu, xarici klublarla oynamaq, bizim üçün isə güclü rəqiblə qarşılaşmaq deməkdir. Yayda, biz Sankt-Peterburqda mövsümöncəsi yaxşı turnirdə iştirak etdik. Klubların bu istiqamətdə əməkdaşlıq eteməsi yaxşıdır. 

- "Zenit"i stadionda necə qarşılama gözləyir?

- Ümid edirəm ki, mümkün qədər çox azarkeş gəlib oyundan həzz alacaq. 

Qeyd edək ki, “Neftçi Arena” stadionunda keçiriləcək “Neftçi” – “Zenit” matçına saat 21:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right