Şahruddin paylaşım etdi, dünya çempionu şərh yazdı

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev AVRO-2024-ün seçmə mərhələsinin İsveçlə (3:0) oyunundan sonra instaqram hesabında paylaşım edib.

Newsport.az xəbər verir ki, 29 yaşlı qolkiper azarkeşlərə təşəkkür edib:

"Sizin dəstəyinizin bizim üçün nə qədər vacib olduğunu təsəvvür edə bilməzsiniz. Həmişə yanımızda olduğunuz üçün təşəkkür edirik. Tezliklə görüşərik".

Azərbaycanlı 3 qat dünya, 4 qat Avropa çempionu olan güləşçi Hacı Əliyev Məhəmmədəliyevin paylaşımına "Maşallah, təbriklər qardaşlar" şərhini yazıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right