“Bu fəlakət idi, belə şey baş verməməli idi”.
Newsport.az-ın məlumatına görə, bunu İsveç millisinin hücumçusu Viktor Dyekereş Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin oyunu barədə danışarkən deyib.
Portuqaliya təmsilçisi “Sportinq”də çıxış edən 25 yaşlı futbolçu oyunun taleyinin erkən həll olunduğunu bildirib: “Rəqib ilk 6 dəqiqədə iki qol vurdu. Bundan sonra mübarizə aparmaq çox çətin idi. Kifayət qədər yaxşı oynamadıq və qol şansları yaratmadıq”.
Qeyd edək ki, F qrupunda yer alan İsveç və Azərbaycan yığmaları 7 xalla müvafiq olaraq 3-4-cü pillələrdə qərarlaşıblar. Milli komandamız son turda Belçikanın qonağı olacaq, skandinavlar isə Estoniyanı qəbul edəcəklər. Hər iki qarşılaşma noyabrın 19-da gerçəkləşəcək.