Azərbaycana məğlubiyyəti "biabırçılıq" adlandırdı

İsveç millisinin futbolçusu Emil Forsberq Azərbaycana məğlubiyyəti biabırçılıq adlandırıb.

Newsport.az xəbər verir ki, o, bu haqda dünən Avro-2024-ün seçmə mərhələsində Azərbaycana 0:3 hesabı ilə uduzduqları oyunu şərh edərkən danışıb. 

"Biz ilk 2 qolu buraxdıqdan sonra özümüzü pis vəziyyəyə saldıq" - deyə "Leyptsiq"  (Almaniya) klubunun yarımmüdafiəçisi qeyd edib.O, isveçli jurnalistlərə açıqlamasında deyib ki, erkən buraxılan 2 qoldan sonra komanda özünə inamı itirib: 

"Biz özümüzə güzgüdə baxıb soruşmalıyıq ki, biz yaxşı oynadıqmı? O dəqiqə da cavab alacaqsınız ki, xeyr. Bu, biabırçılıqdır". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right