Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə ilə əlaqədar 3 günlük istirahət edən “Araz-Naxçıvan” məşqləri davam etdirir.
Newsport.az-ın məlumatına görə, komanda Bakı Olimpiya Stadionun ehtiyat meydanında gündə bir dəfə olmaqla hazırlıq keçir.
İsmail Azzaui fərdi məşq edir. Buna səbəb yarımmüdafiəçinin köhnə zədəsini yeniləməsidir.
Komandanın həkimi Anar Nəsibov onun 3 gündən sonra kollektiv məşqlərə qoşula biləcəyini bildirib.