Millimizin Belçika ilə səfər oyununa 30 minə yaxın bilet satılıb

Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AÇ-2024-ün seçmə mərhələ oyununa indiyədək satılan biletlərin sayı bəlli olub.

Newsport.az yerli “Sporza” nəşrinə istinadən xəbər verir ki, qarşılaşma üçün 30 minə yaxın bilet alınıb.

Görüşün keçiriləcəyi “King Baudouin Stadium” 50 min azarkeş tutumuna malikdir.

Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right