Elə bil sarı vərəqələri bizim oyunçulara vermək üçün gətirmişdi - Aqil Məmmədov

Azərbaycan Premyer Liqasının 6-cı turunda evdə AZAL-la bərabərə qalan (1:1) "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Məmmədov hakimin idarəçiliyindən narazı qaldığını deyib:

"Biz oyuna ciddi hazırlaşıb, uğursuz seriyaya son qoyub, qələbə qazanmaq istəyirdik. Demək olar ki, qələbə qazanmağa yaxın idik. Amma son anda 1 xalla kifayətləndik. Kollektivdən razıyam. Hesab edirəm ki, maraqlı oyun alındı. Çünki hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyunun gedişində 10 nəfər qaldıq. Hakimlikdən razı deyiləm. Bəzi epizodlarda oyunu saxlamırdı. Elə bil sarı vərəqələri bizim oyunçulara vermək üçün gətirmişdi.

Rəhim Həsənov təcrübəsiz, gənc hakim deyil ki, deyim, bacarığı budu. Bunun adını qərəz qoyub, şər də ata bilmərəm. Sadəcə, fikrimdə qalıram: çox pis hakimlik elədi. Düşünürəm ki, epizodlara baxmalıyam. İndi deyə bilmərəm ki, ikinci sarı vərəqə var idi, ya yox idi. Epizoda baxıb, konkret danışa bilərəm".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right