Belçika millisinin futbolçusu Yuri Tilemans AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək son oyunla bağlı fikirlərini bölüşüb.
Newsport.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi məqsədlərinin qələbə qazanaraq, qrupu birinci pillədə bitirmək olduğunu deyib: “Kral Boduen” stadionunda doğma azarkeşlərimiz önündə oynamağı sevirik. İndi bizi seçmə mərhələnin son oyunu gözləyir. Azərbaycanla matçda işi bitirmək lazımdır. Belçika yığmasında oynayanda həmişə motivasiyalı oluram. Yarımmüdafiədə sıx olmaq və topu saxlamaq üçün taktiki planımız var. Serbiya ilə görüşün ilk hissəsində bunu yetərincə edə bilmədik. Ancaq eyni əzmi Azərbaycan önündə davam etdirməliyik”.
Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Belçika hazırda 17 xalla qrupa başçılıq edir.