"Zenit"in baş məşqçisi hansı futbolçuların "Neftçi" ilə oyunu buraxacağını açıqlayıb

Rusiyanın "Zenit" klubunun iki futbolçusu Bakıda "Neftçi"yə qarşı keçirəcəkləri yoldaşlıq oyununda meydana çıxmayacaq.

Newsport.az "Sport-Express" nəşrinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak açıqlamasında bildirib.

47 yaşlı mütəxəssis kolumbiyalı hücumçu Mateo Kassyerra və Aleksandr Yeroxinin zədə səbəbindən qarşılaşmada iştirak etməyəcəyini söyləyib: "Bəzi futbolçular milli komandalara gedib, zədəlilər də var. Heyəti əvəzedici komandanın bəzi üzvləri ilə tamamlayacağıq. Oradan 5-6 nəfəri səfərə aparacağıq. Mario Fernandes ümumi qrupla məşqlərə qoşulur".

Semak braziliyalı yarımmüdafiəçi Qustavo Mantuanın Bakıdakı görüşdə hücum xəttində çıxış edə biləcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 18-də reallaşacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right