Belçika millisinin baş məşqçisi “Azərbaycandan ehtiyatlı olmalıyıq”

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Serbiya ilə keçirilən yoldaşlıq görüşündən sonra mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis 1:0 hesablı qələbə qazandıqları görüşdəki performanslarından razılıq bildirib.

O, artıq bütün diqqətlərini AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan millisi ilə son matçına yönəltdiklərini deyib: “Serbiya kimi komandaya qarşı yaxşı oyun keçirdiyimiz üçün xoşbəxtik. İndi diqqətimizi Azərbaycanla görüşə yönəltmişik. Meydançanın durumunu oyun günü görəcəyik. Bizim üçün qrup mərhələsini 1-ci pillədə başa vurmaq önəmlidir. Azərbaycandan ehtiyatlı olmalıyıq, onların məşqçiləri komandanı necə hazırlamalı olduğunu bilir. Bizə problem yaratmağa çalışacaqlar. Ümid edirəm ki, bazar günü stadion dolu olacaq və azarkeşlərə sevinc bəxş edəcəyik”.

Qeyd edək ki, Belçika – Azərbaycan qarşılaşması noyabrın 19-da Brüsseldə keçiriləcək. Tedeskonun yetirmələri həmin görüşdə qələbə qazanacaqları təqdirdə F qrupunu 1-ci pillədə başa vuracaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right