Komanda ayıldı - Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Sumqayıt"la oyunda bərabərə qalan (1:1) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Əhmədov komandasından razı qaldığını deyib:

“İki fərqli hissə izlədik. İlk hissədə komandamı tanıya bilmədim. Amma ikinci hissədə əzmkarlıq vardı. Komanda ayıldı. Düşünürəm ki, bu oyunla vəziyyəti dəyişdik. Həm qol vurduq, həm də xal qazandıq. Buna görə futbolçulara təşəkkür edirəm. Ağır vəziyyətdə olmağımıza baxmayaraq, mübarizəni davam etdiririk. “Sumqayıt”la oyuna qədər də yaxşı futbol sərgiləyirdik. Bu dəfə həm yaxşı oyun sərgilədik, həm də xal əldə etdik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right