Artur Vermeren: "Qrup birincisi olmaq üçün Azərbaycan millisini məğlub etmək istəyirik"

"Qrupu birinci pillədə başa vurmaq üçün qalib gəlmək istəyirik".

Newsport.az "Voetbalprimeur" nəşrinə istinadən xəbər verir ki, bunu Belçika millisinin futbolçusu Artur Vermeren AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Serbiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verən 18 yaşlı yarımmüdafiəçi qalibiyyətin özünəinam baxımından vacib olduğunu vurğulayıb: "Bu, bazar günü Azərbaycanla qarşılaşma üçün yaxşı hazırlıq idi".

Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right