Türkiyə nəhənglərinin “Molde” – “Qarabağ” oyununa marağı

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın əsas rəqibi olan “Molde”nin bir futbolçusu qış fasiləsində Türkiyəyə köçə bilər.

Newsport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Emil Breyvik “Qalatasaray”ın maraq dairəsinə düşüb.

23 yaşlı oyunçunun meneceri Cim Solbakken “Cim-Bom” rəhbərliyi ilə danışıq aparmaq üçün İstanbula yollanıb. Norveçin gənclər millisinin sabiq üzvü “Trabzonspor”un da gündəmindədir. Hər iki klubun skautları qış fasiləsinə qədər “Molde”nin həm çempionat, həm də avrokubok matçlarını canlı izləyəcək. Yalnız ondan sonra futbolçu ilə bağlı yekun qərar veriləcək. Bu isə o deməkdir ki, Türkiyə nəhənglərinin nəhəngləri “Molde”nin Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la ev oyununa skaut göndərəcəklər.

Qeyd edək ki, “Molde” – “Qarabağ” oyunu noyabrın 30-da birincilərin meydanında keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right