“Sabah bizi Azərbaycanla çətin oyun gözləyir” Yanne Andersson

İsveç yığmasının baş məşqçisi Yanne Andersson AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransına qatılıb.

Newsport.az xəbər verir ki, 61 yaşlı mütəxəssis seçmə mərhələnin son matçında qələbə qazanmaq istədiklərini deyib:

“Martda Azərbaycan millisinə qarşı oynamışdıq. Birinci hissədə çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da bizi çətin oyun gözləyir”.

O, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hekken”lə eyni qrupda yer almalarına da münasibət bildirib: “Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Molde” sonluğu uğurlu başa vuracaq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right