"Futbolda penaltinin ləğv edilməsinə razı olardım"

Azərbaycan Premyer Liqasının 6-cı turunda evdə "Neftçi"ylə bərabərə (1:1) qalan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, Qurbanov penalti epizodu barədə danışmaq istəmədi:

- "Neftçi"ni göstərdiyi oyuna görə təbrik etmək olar. Özümüzə gəldikdə isə səhvlərimiz oldu. Düşünürəm ki, bu oyun bir daha göstərdi ki, çempionatda zəif rəqib yoxdu. Rəqibə uğurlar arzulayıram.

- Şehiçin oyundakı səhvi barədə nə deyə bilərsiz?
- Bu səhvə görə onun üstünə getmək lazım deyil. Belə səhvlər dünyanın güclü qapıçılarında da olur. Mən Şehiçə inanıram. Hər bir oyunçu öz üzərində çalışmalıdı. Şehiç öz üzərində çalışan qapıçıdı. Oyundakı səhvə gəldikdə isə, bunu şişirtməyə dəyməz. Ümid edirəm ki, gələn oyunda belə səhvləri təkrarlamayacaq.

Mən legionerlər kimi öz oyunçularımıza da güvənirəm. Hansı oyunçu hazırdısa onu da meydana buraxıram. Sistemdə bəzi dəyişikliklər edirik. Limitə görə meydanın mərkəzində istədiyim dəyişiklikləri edə bilmirəm.

- Əfran İsmayılov ümumi ansambldan geri qalırdı. Düşümürsüz ki, onu gec əvəzlədiz?
- Bəzi oyunçuların neçə dəqiqə oynamasını özüm əvvəlcədən planlaşdırmışdım. Artıq iki dəyişiklik etmişdim. Üçüncü dəyişikliyi dərhal etmək istəmədim. Buna görə, onu dəyişmək üçün oyunun sonlarını gözlədim. Deməzdim ki, Əfran ümumi ansambldan geri qaldı, sadəcə, əlinə düşən imkanlardan istifadə edə bilmədi.

- Penalti epizodu barədə nə deyə bilərsiz?
- Hakimlik haqda fikir bildirmək istəmirəm. Cərimə meydançası daxilində bizim oyunçulara müdaxilə çox olur. Hər hansı səhv qərar oyunun nəticəsinə təsir edirsə, bunun əleyhinəyəm. Ümumiyyətlə futbolda penaltinin ləğv edilməsinə razı olardım. Çünki hər oyundan sonra penalti məsələsi ciddi müzakirə olunur.

- Dediz ki, əvəzetmələri əvvəlcədən planlaşdırmısız. Bunu adətən yoxlama oyunlarında edirlər... 
- Desəm ki, bu oyunda "Anderlext"lə oyunu düşünmürdüm yalan olar. Ancaq bizdə ehtiyat oyunçyular skamyasında olan oyunçular oyunun taleyini dəyişəcək gücdədilər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right