Belçika millisinin üç müdafiəçisi Azərbaycanla oyuna çıxmayacaq?

Belçika milli komandasının bir neçə müdafiəçisi Serbiya ilə yoldaşlıq görüşünü (15 noyabr) və AVRO-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunu (19 noyabr) buraxa bilər.
 
Newsport.az "VoetbalNieuws.be"yə istinadən xəbər verir ki, hər iki topuğunda problem yaşayan Yan Vertonqen və İngiltərə çempionatında “Bernli”nin son oyununda iştirak etməyən Amin Əl-Dahilin Domeniko Tedeskonun sərəncamında olmayacağı gözlənilir.
 
Onların Belçika millisinin qarşıdakı görüşlərində iştirakı sual altındadır. Bundan əlavə, “Standart”ın (Liej) futbolçusu Zinho Vanhuisden də ölkə çempionatında “Antverpen”lə görüşdə (0:6) əzələlərini zədələyib. Onun millinin qarşıdakı görüşlərində sağalacağı gözlənilmir.
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right