Avropa çempionatında növbəti qələbə

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında  III turun oyunları keçirilib. 

Newsport.az xəbər verir ki, işi şahmatçılardan ibarət Azərbaycan millisi bu dəfə İsveçi üstələyib. Milli 3,5-0,5 hesabı ilə qələbə qazanıb. Azərbaycan millisində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vasif Durarbəyli partiyaları qələbə ilə başa vurub. Teymur Rəcəbov heç-heçə oynayıb.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi itkisiz irəliləyir. III turda xanım şahmatçılar Polşanı məğlub edib 3-1. Şahmatçılardan Günay Məmmədzadə və Gülnar Məmmədova heç-heçəyə razılaşıb, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva qələbə qazanıb. 

Bu gün Avropa çempionatında IV turun görüşləri keçiriləcək. Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Xorvatiya, qadın şahmatçılar isə Fransa ilə qarşılaşacaq.a





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right