Millimiz hazırlığa başlayır, Emreli və Qurbanlı düşərgəyə axşam qoşulacaq

Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda İsveç (16 noyabr) və Belçikaya (19 noyabr) qarşı keçiriləcək oyunların hazırlığına başlayacaq.

Newsport.az xəbər verir ki, saat 15:00-da futbolçular Azərbaycan milli komandasının “Dalğa Arena”dakı bazasında təlim-məşq toplanışına başlayacaqlar.

Komanda həmin stadionda ilk məşqinə çıxacaq.

Millimiz sabaha qədər tam heyətlə hazırlaşmayacaq. Belə ki, Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı və Mahir Emreli yalnız bu gün axşam saatlarında millinin düşərgəsinə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right