Davit Volkov “Sabah”ın Premyer Liqada het-trik edən ilk futbolçusu olub

Davit Volkov “Sabah”ın Premyer Liqada het-trik edən ilk futbolçusu olub.

Newsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gürcüstanlı hücumçu XIII turda “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub etdikləri görüşdə bunu reallaşdırıb.

28 yaşlı forvard özü isə çempionatda ikinci dəfə belə uğura imza atıb. 2021-ci il noyabrın 6-da “Zirə”nin forması ilə fərqlənən legioner indiki komandası “Sabah”ın qapısına üç qol vurmuşdu. 3:3 hesabı ilə bitən həmin matçda da Volkov səfərdə het-trik edib.

Bununla da Volkov Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner statuslu futbolçulara çatıb. O, Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanın rekordunu təkrarlayıb.

“Turan Tovuz”la qarşılaşmadakı ikinci qol Volkovun Premyer Liqada 40-cı dəfə fərqlənməsi kimi tarixə düşüb. O, Azərbaycan çempionatlarında keçirdiyi 132 oyunda 41 qola sevinib. Forvard “Qəbələ”də 7, “Zirə”də 20, “Sabah”da 14 dəfə rəqib qapısına yol tapıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right