Azərbaycan - İsveç matçı qadın hakimə tapşırıldı

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. Newsport.az xəbər verir ki, UEFA qarşılaşmanı İsveçrədən olan briqadaya həvalə edib.
 
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşü qadın hakim idarə edəcək.
 
Belə ki, Esther Staubli görüşdə ədaləti qoruyacaq. Ona Yonas Erni və Susanne Künq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək.
 
Lukas Fandrix VAR, Lionel Tsçudi isə AVAR kimi iş başında olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right