"Qəbələ" Azərbaycan Premyer Liqasının XIII turunda bu gün "Zirə" ilə qarşılaşacaq.
Newsport.az-ın məlumatına görə, səfər matçının hazırlığında "Qəbələ"nin üç futbolçusu iştirak etməyib.
Feras Abu Akal və Emil Səfərov bərpa prosesini davam etdirirlər. Omar Hani isə məşqdə əzələsi dartıldığı üçün hazırlığa qatılmayıb.
"Zirə" - "Qəbələ" matçına 16:30-da start veriləcək.