"Qarabağ"ın oyununun biletləri satışda

Azərbaycan Premyer Liqasının 13-cü turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.

Biletlər iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında da satışda olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Səbail" qarşılaşması sabah saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right