"Qarabağ"ın qapıçısının durumu bəlli oldu

"Bayer"lə matçda zədələnən "Qarabağ"ın qapıçısı Andrey Lunyovun durumu bəlli olub.

Newsport.az xəbər verir ki, 32 yaşlı qolkiper 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "Qarabağ"ın həkimi Gena Kislari Rusiya mətbuatına açıqlamasında bildirib.

Təcrübəli qapıçı Rusiya millisinin Kuba ilə keçirəcəyi yoldaşlıq oyununda iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu mövsümün əvvəlində heyətinə qatıb. O, Ağdam təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right