Qriqorçukdan doğum günü hədiyyəsi

Azərbaycan Premyer Liqasənən VI turunda "Rəvan"ı Bakıda 3:0 hesabıyla yenən "Qəbələ" həm də ukraynalı qonaqları sevindirib.

Newsport.az saytının məlumatına görə, oyunu tribunadan izləyənlər arasında baş məşqçi Roman Qriqorçukun ölkəmizdə yaşayan xanımı, eləcə də digər ailə üzvləri də var idi.

Matçdan sonra stadionun dəhlizində Qriqorçuku xanımı, qızı, kürəkəni və nəvəsi gözləyirdi. Roman İosifoviçi görən kimi ilk olaraq qızı hamını qabaqlayıb atasını qucaqladı və təbrik etdi. Amma əslində isə təbrik edən Qriqorçuk idi. O, bu qələbəni ad gününü keçirmək üçün Bakıya gəlmiş qızı üçün qazanmışdı. Onların qucaqlaşmasının da səbəbi ad günü hədiyyəsinin belə möhtəşəm alınmasına görə idi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right