Arda Güler yenə zədələndi 1 ay oynamayacaq

"Real"ın türk futbolçusu Arda Güler yenidən zədələnib.

Newsport.az-ın məlumatına görə, uzun zədədən qayıdan 18 yaşlı yarımmüdafiəçi yenə sıradan çıxıb. Gənc futbolçu komandanın dünən baş tutan məşqində iştirak etməyib.

Gənc oyunçu daha 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə AS nəşri məlumat yayıb.

Qeyd edək ki, "Real" Arda Güleri mövsümün əvvəlində "Fənərbaxça"dan transfer edib. Türkiyə millisinin üzvü "kral klubu"nun heyətində debüt edə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right