"Neftçi"nin yeni braziliyalısı "Qarabağ"a qarşı oynaya biləcək

"Neftçi"nin yenicə transfer etdiyi Jayro Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində bu gün keçiriləcək "Qarabağ"a qarşı oyunda meydana çıxa bilər.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu artıq braziliyalı futbolçunu Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş ərizəsinə də daxil edib.

İki həftədən çoxdur komanda ilə birgə məşq edən müdafiəçi məşqçilər korpusunun etimadını qazana bilib. Bu üzdən də baş məşqçi Samir Əliyevin onu "Qarabağ"la görüşdə meydana buraxması istisna olunmur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right