Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun növbəti görüşləri keçirilir.
Newsport.az-ın məlumatına görə, ikinci oyun günündə iki görüş baş tutacaq.
Hər iki qarşılaşma eyni vaxtda start götürəcək. Son çempion "Qarabağ" yeni inşa olunmuş stadionunda "Neftçi" ilə qarşılaşacaq. "Sumqayıt" isə AZAL ilə üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
6-cı tur
26 sentyabr
19:00. “Qarabağ” – “Neftçi” - 1:1
Qollar: Erik Ramos, 61 (0:1), Riçard Almeyda, 90 (1:1)
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Suraxanı qəsəbə stadionu
19:00.“Sumqayıt” – AZAL - 1:1
Qollar: Ağabala Ramazanov, 36 (1:0), Aleksandr Quruli, 90+4 (1:1)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Vüsal Qənbərov, Nail Nağıyev
Sumqayıt şəhər stadionu.