19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Sloveniyada təşkil olunan matçda millimiz Kosovo yığması ilə qarşılaşıb. Oyun 3:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Millimiz seçmə mərhələdə növbəti oyununu noyabrın 11-də meydan sahibi Sloveniya yığmasına qarşı keçirəcək.