Azərbaycan Premyer Liqasının VI turunda "Qəbələ” səfərdə "Rəvan”a 3-0 hesabı ilə qalib gəlib. Matçdan sonra "Qəbələ”nin futbolçusu Dodo Newsport.az-a danışıb:
Braziliyalı görüş barədə belə danışıb: "Əlimizdən gələni etdik ki, qalib gələk. Məşqlərdə çox əziyyət çəkdik. Şükürlər olsun ki, bəhrəsini də oyunda gördük. Layiqli qələbə qazandıq.
Əvəzlənməyim nə ilə bağlı idi? Bəli, düşünürəm ki, baş məşqçi qarşıdakı avrokubok matçını nəzərə alıb məni əvəzlədi".