Xabi Alonso: “Bakıda bizi çox çətin oyun gözləyir”

“Bakıda bizi çox çətin oyun gözləyir”.

Newsport.az-ın məlumatına görə, bunu Almaniyanın “Bayer 04” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis səfərə 3 xal üçün yollanacaqlarını söyləyib: “Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik”.

41 yaşlı mütəxəssis qarşılaşmada qapını çexiyalı Matey Kovarjın qoruyacağını söyləyib.

Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right